KXDR hakimiyyəti Madriddəki səfirliyini bağlamaq qərarına gəlib.
Bu barədə Cənubi Koreyanın Yonhap agentliyi KXDR-dən İspaniya Xalqları Kommunist Partiyasının saytında yerləşdirilmiş notaya istinadən məlumat yayıb.
Notanı oktyabrın 26-da KXDR-in müvəqqəti işlər vəkili Seo Yun Seok göndərib. Sənəddə qeyd olunur ki, İtaliyadakı səfirlik indi ölkənin İspaniya ilə münasibətlərinə cavabdehdir. Sənəddə səfirliyin bağlanmasının səbəbi açıqlanmır.
Şimali Koreya 2001-ci ildə İspaniya ilə diplomatik əlaqələr qurub və 2013-cü ildə orada səfirliyini açıb.
Mənbə: Haber Global