image-ads_n1karobka_mobile
image-691fa31c02e8bd5b112e7e93backend

Şimali Koreya yenidən hərbi demarkasiya xəttini pozdu

image-add-a-heading

Cənubi Koreya hərbi rəsmiləri Şimali Koreya qoşunlarının hərbi demarkasiya xəttini bir daha keçdiyini açıqlayıb.

Doğru.az xəbər verir ki, məlumatı Yonhap agentliyi yayıb. Bildirilib ki, demilitarizasiya zonasında (DMZ) fəaliyyət göstərən Şimali Koreya hərbçiləri noyabrın 19-da yenidən xətti pozublar.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri məsələ ilə bağlı bəyanat yayıb. Təfərrüatlar açıqlanmasa da, bildirilib ki, “Şimali Koreyanın atəşkəs razılaşmasını pozmasından sonra müəyyən edilmiş prosedurlara uyğun şəkildə cavab verilib”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki