Stokholm İsveçin NATO-ya qəbulu üçün ratifikasiya protokolunun təsdiqini alqışlayır və alyansın tamhüquqlu üzvü olmasını “səbirsizliklə gözləyir”.
Bunu İsveçin xarici işlər naziri Tobias Billström X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib.
“Biz İsveçin NATO-ya üzv olmaq ərizəsinin Türkiyənin Xarici Əlaqələr Komitəsi tərəfindən bəyənilməsini alqışlayırıq. Növbəti addım bu məsələ ilə bağlı parlamentdə səsvermədir. Üzv olmağı səbirsizliklə gözləyirik”.
Bundan əvvəl Türkiyə Parlamentinin Beynəlxalq Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib.
Daha sonra sənəd Parlamentin Baş Assambleyasında səsverməyə çıxarılacaq. Səsvermə tarixi hələ müəyyən edilməyib.
Mənbə: Haber Global