image-2000x150px
image-123
image-ads_atlas
image-al5a1454backend

Tanınmış media nümayəndələri Bakı Slavyan Universitetinin qonağı olub – FOTO

image-728x90px

AzPress İnformasiya Agentliyinin təsisçi-redaktoru, fotojurnalist Rasim Sadıxov və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin fotoqrafı Rüstəm Fərman Bakı Slavyan Universitetinin qonağı olub.

Jurnalistika kafedrasının müdiri prof. Vüqar Rəhimzadənin təşkilatçılığı ilə kafedranın müəllimi Fərqanə Məlikovanın tədris etdiyi “Fotojurnalistika” fənnindən tələbələrə praktik məşğələ keçirilib.

Məşğələdə fotojurnalistikanın əsasları, fototexnikadan və işıqlandırma qurğularından düzgün istifadə, fotoçəkiliş zamanı düzgün rakursun seçilməsi, fotojurnalistikanın janrları, üslub anlayışı, ekstremal vəziyyətdə fotojurnalistin davranışı və s. haqqında tələbələrə məlumat verilib.

Fotojurnalist R.Sadıxov və fotoqraf R.Fərman uğurlu fotoları və öz təcrübələrini tələbələrlə bölüşüb. R.Sadıxov Ulu öndər Heydər Əliyevlə bağlı xatirələri, rəsmi və qeyri-rəsmi fotoları barəsində danışıb. R.Sadıxova məxsus əsl tarixi sənədlər kimi 20 Yanvar mövzulu fotolar nümayiş olunub.

Sonda fotoqraf Rüstəm Fərman fotokamera ilə davranış qaydaları, fon, effekt, işıq, rəng, kompozisiya ilə bağlı tələbələrə praktik bilgilər verib, hər bir tələbə fotokameradan istifadə edərək bu prinsiplərə uyğun fotolar çəkiblər.

DOĞRU.AZ

image-al5a1486 image-al5a1480-1 image-al5a1537 image-al5a1519-1 image-al5a1518

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki