image-n1karobka_ads
image-123
image-6915de52ae5ac97fcb633866backend

Tatarıstanda “Nijnekamskneftexim” zavodunda yanğın olub

image-ad_qayo_720x110px

Tatarıstan Respublikasında yerləşən “Nijnekamskneftexim” zavodunda yanğın baş verib.

Doğru.az xəbər verir ki, şirkətin mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bildirilib ki, yanğın zavodun istehsalat bölmələrindən birində avadanlığın təzyiqsizləşməsi nəticəsində yaranıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahı yanğının söndürülməsi ilə bağlı məlumat yayıb və vəziyyətin tam nəzarət altına alındığını açıqlayıb. İlkin məlumatlara əsasən, hadisə nəticəsində itki yoxdur.

Qeyd edək ki, oktyabr ayında Çelyabinsk vilayətinin Kopeysk şəhərində baş verən və 23 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə nəticələnən zavod partlayışından sonra tətbiq edilən fövqəladə vəziyyət artıq ləğv edilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki