Donald Tramp bildirib ki, əgər o, yenidən ABŞ prezidenti olsaydı, Fələstinin Həmas qruplaşmasının İsrailə hücumu heç vaxt baş verməzdi.
O, bu barədə Just The News-a müsahibəsində bildirib.
“Bu, heç vaxt baş verməzdi, oktyabrın 7-si heç vaxt baş verməzdi”, – Tramp bildirib.
Onun fikrincə, ABŞ prezidenti Co Bayden buna icazə verib və indi razılığa gəlmək xeyli çətinləşəcək.
Eks-prezident hesab edir ki, Bayden iki cəbhədə oynamağa çalışır, lakin uğursuz olur.
Mənbə: CNN Türk