ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika Ukraynaya sonradan təhvil vermək üçün “külli miqdarda” NATO silahı satmağa davam edir.
Doğru.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində yazıb:
“ABŞ Ukraynaya ötürmək üçün NATO-ya böyük miqdarda silah satmaqda davam edir”, – deyə o bildirib.
Tramp daha əvvəl ABŞ-ın artıq Ukraynaya birbaşa pul xərcləmədiyini, lakin Kiyevin silah pulunu NATO ödədiyi üçün aldığını açıqlamışdı.
Oktyabr ayında ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Bloomberg-ə müsahibəsində sonradan Ukraynaya təhvil verilməsi üçün Avropa İttifaqına 2 milyard dollar dəyərində silah satmağı təklif etdiyini bildirib.
DOĞRU.AZ




























