ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Evdə Tək 2” filminin rejissoru Kris Kolumbun və bütün çəkiliş qrupunun ondan sonra serialda kamo rolunda çəkilməsini xahiş etdiyini bildirib. Onun sözlərini Variety yayıb.
“Onlar o vaxt mənim sahibi olduğum Nyu Yorkdakı Plaza otelini icarəyə götürdülər. Mən çox məşğul idim və [filmi çəkmək] istəmirdim. Onlar çox gözəl, lakin hər şeydən əvvəl inadkar idilər”, – deyə siyasətçi etiraf edib.
Tramp hesab edir ki, filmin populyarlaşmasına məhz onun kamo rolu imkan verib.
Mənbə: Gazeta.ru