Tula vilayətinin qubernatoru Dmitri Milyaev Telegram səhifəsində bildirib ki, bölgə səmasında Ukraynaya məxsus 7 pilotsuz uçan aparat məhv edilib.
Doğru.az xəbər verir ki, Milyaevin sözlərinə görə, PUA-lar Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Qubernator əlavə edib ki, hücum nəticəsində tələfat və dağıntı olmayıb. Qeyd edək ki, bundan əvvəl KİV Novomoskovsk üzərində partlayışların qeydə alındığını bildirmişdi.
DOĞRU.AZ




























