Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinə yekun vurulacaq.
Doğru.az xəbər verir ki, son oyun günündə iki cavab qarşılaşması keçiriləcək. Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın II mərhələdəki potensial rəqibi də bu gün bəlli olacaq.
İrlandiyanın “Şelburn” və Şimali İrlandiyanın “Linfild” klubları cavab görüşündə üz-üzə gələcəklər. Bu komandalar arasında keçirilmiş ilk oyunda “Şelburn” 1:0 hesabı ilə qalib gəlmişdi.
Günün digər matçında isə Belarusun “Dinamo” (Minsk) klubu Bolqarıstanın “Ludoqorets” komandasını qəbul edəcək. İlk görüşdə “Ludoqorets” minimal hesabla üstün olmuşdu – 1:0.
Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
DOĞRU.AZ