Çin dünya üzrə limanlar şəbəkəsini təkcə ticarət üçün deyil, həm də hərbi məqsədlər üçün – Çin Hərbi Dəniz Qüvvələrinin daxil olması üçün baza kimi alıb.
Bu barədə “The Washington Post” məlumat yayıb.
“İnvestisiyaların əksəriyyəti Çin dövlət şirkətləri tərəfindən qoyulub ki, bu da onun hökumətini ən böyük liman operatorlarından birinə çevirir. İnfrastruktur Çin hərbi gəmilərinin planetin bütün okeanlarındakı limanlara daxil olmasına imkan verəcək və bu genişlənmə artıq sırf kommersiya maraqlarından kənara çıxıb”, – müəllif yazır.
Çin son illərdə sahib olduğu dəniz limanlarının sayını 44-dən 105-ə qədər genişləndirdi, çoxlu limanlar mühüm gəmiçilik marşrutlarının kəsişməsində yerləşir. Çinin nəzarəti altında və ya Çin investisiyalarının alıcıları arasında Avropada 20-yə qədər liman daxildir.
Mənbə: CNN Türk