Yaponiyanın baş naziri Şiqeru İşiba hökuməti istefa verib.
Doğru.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, bu addım günortadan sonra parlamentdə yeni baş nazirin seçilməsi ilə bağlı atılıb.
“Yaponiyanın Şiqeru İşiba kabineti 21-i səhər saatlarında keçirilən iclasda kollektiv şəkildə istefa verib”, – nəşr qeyd edib.
Xatırladaq ki, daha əvvəl Yaponiyada ölkənin ilk qadın baş nazirinin seçiləcəyi bildirilmişdi.
DOĞRU.AZ




























