image-2000x150px
image-123
image-ads_atlas
“Yersiz paylaşımla şəhid ailələrini incitməyək” – Sevinc Orucovadan ÇAĞIRIŞbackend

“Yersiz paylaşımla şəhid ailələrini incitməyək” – Sevinc Orucovadan ÇAĞIRIŞ

image-728x90px

“Müharibənin qanlı müddəti bitsə də, hələ də işğal altında olan rayonlarımızın – Kəlbəcər və Laçının, eyni zamanda Qarabağın digər bölgələrinin gələcək taleyi hamımızı narahat edir, biz belə bir həssas dönəmdən keçirik. Bu döyüşlər, torpaqlarımızın azad olunması xalqımızın birliyi, oğullarımızın cəngavərliyi, Ali Baş Komandanın qətiyyəti sayəsində qazanıldı. 44 gün ərzində hər bir kənd, rayon və qəsəbənin azadlığı uğrunda gecə-gündüz mübarizə apardılar və haqlı olduğumuz savaşda ədalət zəfər çaldı. Biz bu zəfəri biləyimizin gücü, şəhidlərimizin qanı hesabına qazandıq”.


Doğru.az”  Modern.az-a istinadən xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucovanın sözlərinə görə, vətənə qovuşmaq mücadiləsiz və şəhidsiz olmur.
“Bu gün Azərbaycanın elə kəndi, qəsəbəsi yoxdur ki, orada Vətən Müharibəsinin şəhidi dəfn edilməsin. Xalq olaraq biz 44 gün ərzində hər səviyyədə -sosial şəbəkələrdə,kütləvi informasiya vasitələrində, döyüş meydanında, arxa cəbhədə bütün dünyaya dərs keçəcək bir mücadilə verdik. Sosial şəbəkələri izlədikcə görürük ki, düzgün olmayan məlumatlar da gedir, bu ailələri incidir. Şəhid ailələri  elə  həssas məqamdadırlar ki, adi söz belə onların qəlbini sındıra bilər. Ona görə də diqqətlə yanaşmalı, reytinq xətrinə lazımsız paylaşımlar etməməliyik”.
S.Orucova qeyd edib ki, “Zəfər” İctimai Birliyi olaraq şəhid olanların ailə üzvləri və şəhidlərin özləri haqqında məlumatlar toplamağa başlayıblar.
“Onları bütün xalqımız, gənclərimiz tanımalıdırlar. Bu mücadilə indi də davam etməlidir. Orada döyüşən hər kəsin – əsgərindən tutmuş zabitinə qədər hamısının qəhrəmanlığı haqqında məlumat verilməlidir. Çünki onlar bizim gələcək nəsillərimizin, Azərbaycanın gələcəyi naminə şəhid olanlardır. Biz sağ qalanlara isə hörmət və ehtiramımızı onları tanıtmaqla, xatirələrini daim yad etməklə bildirməliyik. Onların ailələrinə sahib çıxmalı, acılarını şərik olmalıyıq. Biz bunu millət olaraq bacaracağıq”.
“Biz belə bir parlaq mücadiləni onun üçün etmədik ki, reytinq xətrinə nələri isə qazanaq, bu bizim mücadiləmizə yaraşmır. Biz qəhrəmanlarımızı elə olduğu kimi tanıtsaq, kifayət edər. Onlar şəhid oğlu şəhiddirlər. Onların ruhlarını elə şad edək ki, elə bir Azərbaycan quraq ki, əməllərimiz ilə onlara layiq olaq”, – Sevinc Orucova əlavə edib.

Nəzrin Vahid

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki