Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşüb. Tərəflər ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.
Doğru.az-ın məlumatına görə, XİN-in bəyanatında vurğulanır ki, ikitərəfli iqtisadi əməkdaşlıqda əldə olunan uğurlar və mədəni-humanitar əlaqələrin bərpası vacibdir.
Diplomatlar gələcək yüksək səviyyəli görüşlərin planlaşdırılmasına da diqqət yetiriblər.
DOĞRU.AZ




























