image-2000x150px
image-123
image-ads_atlas
image-mycollages_-_2021-12-10t102852-844backend

2025-ci ildən aqrar subsidiyalar yalnız bunun əsasında veriləcək

image-728x90px

Payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyanı prosesinin sürətləndirilməsi məqsədilə rayonlarda məlumatlandırma sessiyaları davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, son üç həftə ərzində 30-dan artıq rayonda keçirilmiş sessiyalarda Aqrar Subsidiya Şurasının qəbul etdiyi qərarlar, bəyan prosesinin sürətləndirilməsinin zəruriliyi, torpaq nümunələrinin aqrokimya laborarotiyalarına təqdim olunması proseduru, aqrar sığorta mexanizminin üstünlükləri, fermerlərin torpaq üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və digər məsələlər barədə ətraflı məlumat verilib.

Neftçala və Salyan rayonlarında keçirilən görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfael Quliyev bildirib ki, son illər aqrar sahədə aparılan islahatların əsas istiqamətlərindən biri fermerlərə dövlət dəstəyi mexanizminin elektronlaşması, subsidiyaların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilməsidir. Subsidiyalar artıq çoxsaylı kağız sənəd toplamadan, yalnız fermerin təqdim etdiyi torpaq sənədləri və əkin bəyanı əsasında verilir.

Dövlət dəstəyindən daha çox fermerin yararlana bilməsi üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədlərin alınması vacibdir və bu istiqamətdə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 7 oktyabr tarixində “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərman qəbul olunub. Fərmanda qeyd olunur ki, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Bu səbəbdən vətəndaşlar dövlətin yaratdığı imkanlardan faydalanaraq torpaq üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməlidirlər.

Qeyd olunub ki, payızlıq əkinlərin bəyanı üçün müəyyən edilmiş müddət dekabrın 30-da başa çatır və fermerlər bu müddətə kimi öz əkinlərini EKTİS-də bəyan etməlidir.

Görüşlərdə iştirakçıların sualları cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Məlumatlandırma sessiyaları bu həftə başa çatır.

DOĞRU.AZ






image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki