ABBA qrupunun məşhur “Fernando” mahnısının unudulmaz introsunu ifa edən musiqiçi Yan Klinq 85 yaşında dünyasını dəyişib. Bu barədə Aftonbladet musiqiçinin oğluna istinadən xəbər yayıb.
Doğru.az xəbər verir ki, oğlunun sözlərinə görə, Klinq “gizli bir inci” idi, lakin ABBA-nın bir çox layihələrində yaxından iştirak edib.
Yan Klinqin saksafon və fleyta ifası qrupun bir sıra tanınmış albomlarında yer alıb. O, Arrival (1976), Voulez-Vous (1979), Super Trouper (1981) və The Visitors (1981) albomlarının səsyazmalarında iştirak etmişdi.
Qeyd edək ki, bu, ABBA ailəsinin son itkisi deyil. 2024-cü ilin sentyabrında qrupun nağaraçısı Roçer Palm 76 yaşında Alzheimer xəstəliyinin ağırlaşması səbəbindən vəfat etmişdi.
DOĞRU.AZ




























