ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Vivek Ramasvami Nümayəndələr Palatasının saxtakarlıqda ittiham olunan Nyu-Yorkdan olan respublikaçı Corc Santosun səlahiyyətlərindən məhrum edilməsi qərarını düzgün hesab edib.
Bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Ramasvaminin sözlərinə görə, qərar gələcəkdə “mütləq istifadə olunacaq” Pandora qutusunu açır.
O, Santosun “patoloji yalançı” olduğunu da bildirib. Eyni zamanda prezidentliyə namizəd qeyd edib ki, bu respublikaçının Konqresdə fəaliyyət göstərib-keçməməsi ilə bağlı qərar seçicilərə məxsusdur və ona qarşı dələduzluq ittihamı məhkəmədə nəzərdən keçirilməlidir.
Mənbə: CNN Türk