ABŞ Dövlət Departamenti İraqda fəaliyyət göstərən iranpərəst silahlı qruplaşma Kətaib Seyid əl-Şühəda və onun lideri Haşim Finyan Rəhim əl-Sərracı beynəlxalq terrorçular elan edib.
Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
Bu qərar Suriya və İraqda Amerika hərbçilərinin və bazalarının artıb atəşə tutulmasından sonra verilib. ABŞ bölgədəki hücumlarda İranın müttəfiqlərini günahlandırır.
“Dövlət Departamenti bu gün Kataib Seyid əl-Şühəda və onun baş katibi Haşim Finyan Rəhim əl-Sərracı xüsusi olaraq qlobal terrorçular kimi təyin edir”, – Blinken deyib.
Mənbə: A Haber