image-n1karobka_ads
image-123
image-69323cd702e8bd45266f5a83backend

ABŞ səyahət qadağasını genişləndirir

image-ad_qayo_720x110px

ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem Donald Tramp administrasiyasının səyahət qadağasını genişləndirdiyini açıqlayıb.

Doğru.az xəbər verir ki, nazirin sözlərinə görə, Vaşinqtonda Milli Qvardiya hərbçilərinə qarşı hücumdan sonra qadağa siyahısındakı ölkələrin sayı 19-dan 30-a yüksələcək.

Kristi Noem “Fox News”a müsahibəsində dəqiq rəqəm açıqlamasa da, siyahının “30-dan çox” ölkəni əhatə etdiyini deyib və prezident Donald Trampın bu ölkələri qiymətləndirməyə davam etdiyini bildirib.

Bundan əvvəl ABŞ hakimiyyəti Ağ Evin yaxınlığında Milli Qvardiya əsgərlərinə silahlı hücumdan sonra sığınacaq müraciətlərinə dair qərarların icrasını müvəqqəti dayandırıb.

Qeyd edək ki, noyabrın 26-da Vaşinqtonda baş verən atışma nəticəsində Milli Qvardiyanın bir üzvü həyatını itirib, digərinin vəziyyətinin ağır olduğu bildirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki