image-n1karobka_ads
image-123
image-693b2895ae5ac965253a8e90backend

Ağ Ev: Putin–Maduro danışığı Tramp üçün narahatlıq yaradacaq məsələ deyil

image-ad_qayo_720x110px

Ağ Evin mətbuat katibi Kerolin Levit Rusiya Prezidenti Vladimir Putin ilə Venesuela lideri Nikolas Maduro arasında baş tutan son telefon danışığının ABŞ Prezidenti Donald Tramp üçün hər hansı narahatlıq doğurmadığını bildirib.

Doğru.az xəbər verir ki, Levit jurnalistlərin sualına cavabında belə deyib: “Düşünmürəm ki, bu, prezident üçün hər hansı bir narahatlıq yaradacaq.”

Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Maduro ilə telefon əlaqəsi saxlayıb və söhbət zamanı Venesuela xalqı ilə həmrəyliyini ifadə etməklə yanaşı, ölkə liderinin siyasətini dəstəklədiyini vurğulayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki