Ağ Evin mətbuat katibi Liz Hyuston ABŞ prezidenti Donald Trampın ruhi sağlamlıq durumu ilə bağlı yayımlanan xəbərə görə “The Guardian” qəzetini sərt tənqid edib.
Doğru.az xəbər verir ki, rəsmi şəxsin sözlərini nəşrin özü yayıb. Liz Hyuston bildirib ki, “The Guardian” solçu rupordur və bu cür materialların dərc olunmasından utanmalıdır.
Qeyd olunub ki, bundan əvvəl, noyabrın sonlarında Donald Tramp səhhəti ilə bağlı xəbərə görə “The New York Times” qəzetini “xalq düşməni” adlandırmışdı. ABŞ prezidenti həmçinin fiziki və zehni vəziyyətinin əla olduğunu vurğulamışdı.
DOĞRU.AZ




























