CNN-in mənbələrə istinadən məlumatına görə, Ağ Ev ABŞ prezidenti Donald Trampın səlahiyyətlərinin ilk ilindən sonra administrasiyada geniş kadr dəyişikliyinə icazə verib. RİA Novosti bildirir ki, proses gələn ilin yanvarında da davam edə bilər. Xatırladaq ki, Trampın ikinci prezidentlik müddəti 2025-ci il yanvarın 20-də başlayıb.
Doğru.az xəbər verir ki, Tramp administrasiyasında bir neçə əsas qurumda dəyişikliklər gözlənilir. Məlumata görə, seçki kampaniyası dövründə kütləvi deportasiya vədlərinin icrası ilə məsul olan agentliyi idarə edən Kristi Noemin rəhbərlik etdiyi Daxili İşlər Departamentində struktur yenilənməsi baş tuta bilər.
Energetika Nazirliyində də kadr dəyişikliklərinin olacağı istisna edilmir.
Qeyd edək ki, fevral ayında Donald Tramp ABŞ Baş Qərargah rəisini vəzifəsindən azad edib. Bundan əvvəl isə o, Bayden administrasiyası dövründə təyin olunan bütün federal prokurorların işdən çıxarılması barədə göstəriş vermişdi.
DOĞRU.AZ




























