Avropa Komissiyası Finlandiya hökumətinin büdcə kəsirinin icazə verilən həddi aşması ilə bağlı pozuntuları aradan qaldırmaq üçün prosedura start verib.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Aİ rəsmiləri açıqlayıb.
Avropa Komissiyasının hesablamalarına görə, Finlandiyanın büdcə kəsiri cari ildə 4,5%-ə çatacaq. Müdafiə xərclərindəki artım bu kəsiri yalnız qismən əsaslandıra bilir və ümumi vəziyyəti tam kompensasiya etmir.
Qeyd edilib ki, Tagesspiegel daha əvvəl Finlandiya iqtisadiyyatının NATO öhdəlikləri nəticəsində əlavə çətinliklərlə üzləşdiyini yazmışdı.
DOĞRU.AZ




























