image-n1karobka_ads
image-123
image-6937a7abae5ac96d8a7f3f2bbackend

Aİ ölkələri Rusiyanın 133 milyard dollarlıq aktivlərini ələ keçirməyə hazırlaşır

image-ad_qayo_720x110px

Avropa İttifaqı ölkələri Rusiyanın dondurulmuş aktivlərinin ələ keçirilməsi ilə bağlı razılaşmaya yaxınlaşır.

Doğru.az xəbər verir ki, The Times-ın yaydığı məlumata görə, qərarın bu həftə və ya gələn həftə açıqlanacağı gözlənilir. Nəşr Britaniya hökumətindəki yüksək səviyyəli mənbələrə istinadən yazır ki, baş nazir Keir Starmer bu mövzuda Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Ukrayna lideri Vladimir Zelenski ilə “irəliləyiş”i müzakirə edib.

“Yüksək hökumət mənbələri razılığın yaxın olduğuna və bu həftə və ya gələn həftə elan ediləcəyinə dair nikbinliyini ifadə ediblər”, – nəşr qeyd edir.

Söhbət Rusiyanın dondurulmuş vəsaitlərindən istifadə etməklə Ukraynaya 133 milyard dollara qədər maliyyə ayrılmasından gedir.

Qeyd edək ki, Politico daha əvvəl Yaponiyanın təxminən 30 milyard dollar dəyərində dondurulmuş Rusiyanın aktivlərini müsadirə etməkdən imtina etdiyini yazmışdı.

Belçikanın xarici işlər naziri Maksim Prevost isə Avropa Komissiyasının dondurulmuş Rusiya aktivlərindən Ukraynaya təzminat krediti ayrılması təklifini qəti şəkildə qəbuledilməz adlandırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki