image-ads_qayo_2000x150px
image-123
image-ads_atlas
image-2023-05-09t105300z_1143770906_rc2xu0azbq4e_rtrmadp_3_ukraine-crisis-eu-pic_32ratio_900x600-900x600-55900backend

Aİ qeyri-qanuni miqrasiyaya görə cəzaları sərtləşdirməyi planlaşdırır

image-728x90px

Avropa İttifaqı qeyri-qanuni miqrasiya və insan qaçaqmalçılığı ilə mübarizə üçün qanunvericiliyin təkmilləşdirilməsi üzərində işləyir.

Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen YouTube-da yayımlanan miqrant qaçaqmalçılığı ilə bağlı mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə beynəlxalq forum zamanı deyib.

Onun sözlərinə görə, insan qaçaqmalçılığı ilə bağlı cinayətlərin təriflərinin yenilənməsi, o cümlədən cəzaların sərtləşdirilməsi, tərəfdaşlar və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.

Həmçinin məlum olub ki, Rusiya Daxili İşlər Nazirliyi bunu etmək üçün qanuni əsası olmayan əcnəbilər üçün Rusiya Federasiyasında nəzarət altında qalma rejiminin tətbiqini təklif edən qanun layihəsi hazırlayıb. Dəyişikliklər ziyarətçilərə hüquqi şəxsləri və fərdi sahibkarları qeydiyyatdan keçirməyi, daşınmaz əmlakla əməliyyatlar aparmağı, avtomobil alqı-satqısını, bank hesabı açmağı, pul köçürməsini və nikaha girməyi qadağan etməklə onların həyatını xeyli çətinləşdirə bilər.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki