image-n1karobka_ads
image-123
image-691f238d02e8bd3e50534caabackend

Almaniya: Korrupsiya qalmaqalı Kiyevə hərbi dəstəyin dayandırılmasına səbəb olmayacaq

image-ad_qayo_720x110px

Ukraynada baş verən korrupsiya qalmaqalı 2026-cı il üçün planlaşdırılan təqribən 12 milyard avroluq hərbi dəstəyi dayandırmayacaq.

Doğru.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful açıqlayıb.

Onun sözlərinə görə, Almaniya kansleri Fridrix Merz Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı başlamazdan əvvəl məsələ ilə bağlı mövqeyi Ukrayna Prezidenti Vladimir Zelenskiyə çatdırıb.

“Biz Ukraynanın yanındayıq. Sadəcə, orada korrupsiya iddiaları olduğuna görə, biz Ukraynaya dəstəyimizi zəiflədə bilmərik və etməyəcəyik”, – deyə Vadefulun sözlərini RİA Novosti sitat gətirir.

Bundan əvvəl DPA xəbər agentliyi Bundestaq komitəsinin Ukraynaya rekord həcmdə yardım nəzərdə tutan büdcə layihəsini təsdiqlədiyini bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki