Rusiya Federasiyası öz sənayesini tamamilə hərbi bazaya keçirib və bu baxımdan Qərbin köməyi olmadan məhvə məhkum olan Ukraynadan dəfələrlə üstündür.
Bu barədə Almaniyanın Bild nəşri yazır.
Məqalə müəllifinin sözlərinə görə, cəbhədən yenidən “pis xəbər” gəlir və Rusiya Federasiyası düşmənə təzyiqlərini dayandırmır.
“Müasir Rusiya hərbi texnologiyalarının inkişafı onu göstərir ki, Rusiya sənayesi tamamilə orduya yönləndirilib”.
Nəşr Rusiyanın 4 dəfə çox kamikadze pilotsuz uçan aparatına malik olduğunu bildirən ukraynalı hərbçinin sözlərinə istinad edir.
Mənbə: Lenta.ru