Bavariyanın baş naziri, müxalif Xristian Sosial Birlik (CSU) partiyasının rəhbəri Markus Soeder bildirib ki, Almaniyanın Olaf Şolsun rəhbərlik etdiyi hakim koalisiya ölkədəki dövlət böhranının öhdəsindən gələ bilmir və növbədənkənar seçkilər keçirməyə çağırır.
Bu barədə o, X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bizim dövlət böhranımız var. “Svetofor” koalisiyası kanslerin gözdən qaçırdığı və boğduğu problemlərlə artıq məşğul ola bilmir. “Svetofor” koalisiyasının bütün strukturu işləmir. Buna görə də əsaslı dəyişikliklərə ehtiyac var: erkən seçkilər böhrandan ən düzgün çıxış yolu olardı”, – Zeder yazıb.
Onun fikrincə, “Svetofor” Almaniya xalqının qarşısında özünə etimad səsverməsi məsələsi qoymalıdır.
Mənbə: Haber Global