image-n1karobka_ads
image-123
image-6932edde02e8bd0a5b3dfd31backend

Almaniyada “süni intellekt dövrü” 2025-ci ilin sözü seçilib

image-ad_qayo_720x110px

Alman Dili Cəmiyyəti (GfdS) 2025-ci ilin sözü olaraq “süni intellekt dövrü” (KI-Ära) ifadəsini seçib.

Doğru.az xəbər verir ki, münsiflər heyəti süni intellekt texnologiyalarının təsirini “Sənaye İnqilabı ilə müqayisə edilə bilən epoxal dəyişiklik” kimi qiymətləndirib. GfdS rəhbəri Andrea-Eva Evels bildirib ki, “AI erası” termini qısa, aydın və emosionaldır.

İkinci yerdə ABŞ prezidenti Donald Trampın tez-tez istifadə etdiyi “sövdələşmə”, üçüncü yerdə isə Ukraynanın Rusiyaya verdiyi ərazi itkilərini əks etdirən “sülh üçün torpaq” ifadəsi yer alıb. Dördüncü sırada Almaniyanın 500 milyard avroluq iqlim və infrastruktur fondu ilə bağlı “xüsusi fond” ifadəsi göstərilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki