image-n1karobka_ads
image-123
image-ap_19177552889835-pic905-895x505-35555backend

Amerikalı senator Ukraynadakı münaqişəyə son qoymağın yeganə yolunun adını çəkdi

ABŞ Konqresinin Respublikaçılar Partiyasından olan senatoru Ron Conson bildirib ki, Ukraynada münaqişəyə son qoymağın yeganə yolu sülh danışıqlarıdır. Consonun sözlərini The Hill xəbər verir.

“Bu müharibəyə son qoymağın yeganə yolu danışıqlar yolu ilə həlldir, çünki Ukraynanın böyük hissəsi məhv ediləcək” deyən Conson Rusiyanın bu münaqişədə məğlub olmayacağını vurğulayıb.

Bundan əlavə, Conson hesab edir ki, Amerika Konqresi ABŞ immiqrasiya islahatı həyata keçirməyənə qədər Ukraynaya yardım ayırmaq üçün bir dollar belə verməməlidir.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki