image-n1karobka_ads
image-123
image-6922b2b8ae5ac922461960d6backend

Argentina G20-nin yekun sənədini dəstəkləmədi

image-ad_qayo_720x110px

Argentina G20 liderlərinin Yohannesburqda keçirilən sammitində təqdim olunan yekun sənədi dəstəkləmədiyini açıqlayıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Argentina Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilir ki, sənədin qəbul olunmamasına geosiyasi baxışlarda mövcud fərqliliklər səbəb olub.

Bəyanatda qeyd olunur: “Argentina Yohannesburqda keçirilən G20 liderlərinin sammiti zamanı yayılan yekun sənədi dəstəkləməyib.”

Xatırladaq ki, bundan əvvəl Almaniya kansleri Fridrix Merzin Yohannesburqda G20 sammiti çərçivəsində keçirilən mətbuat konfransında rusiyalı jurnalistlərin iştirakına qadağa qoyulmuşdu.

Eyni zamanda, Fransa prezidenti Emmanuel Makron G20-nin mövcudluğunun “təhlükə altında olduğunu” bildirmişdi. Sammitdə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə çağırışın da yer aldığı açıqlanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki