Avropa İttifaqı Şurası Ukraynaya 2,3 milyard avro makromaliyyə yardımının altıncı hissəsini ayırmaq qərarını təsdiqləyib.
Doğru.az xəbər verir ki, Aİ Şurasının bəyanatında qeyd olunur: “Şura Ukrayna üçün Aİ proqramı çərçivəsində altıncı müntəzəm vəsaitin ayrılması barədə qərar qəbul etdikdən sonra Ukrayna tezliklə təxminən 2,3 milyard avro maliyyə alacaq.”
Xatırladaq ki, noyabr ayında Avropa İqtisadiyyat Komissarı Valdis Dombrovskis bildirib ki, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən kredit xətti çərçivəsində Aİ Ukraynaya 4,1 milyard avroluq son tranşı ayırıb.
Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbi tənqid edərək, Kiyevdəki hakimiyyəti “terrorçu rejimin sponsoruna çevrilməkdə” günahlandırıb.
DOĞRU.AZ




























