image-2000x150px
image-123
image-ads_atlas
image-img-20231205-wa0197backend

“Azərbaycan Könüllülük Həftəsi 2023”ün başlaması ilə bağlı Mətbuat Konfransı keçirilib

image-728x90px

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2023”ə start verilməsi ilə bağlı Mətbuat Konfransı keçirilib.

Konfransda tərəfdaş qurumların nümayəndələri çıxış edərək “Könüllülük Həftəsi 2023”ün hər il olduğu kimi bu il də özünəməxsus fərqliliyi ilə seçiləcəyini və Respublikamızın şəhər və rayonlarını əhatə edərək 3 mindən çox könüllünü birləşdirəcəyini bildiriblər. Əlavə olaraq, bildirilib ki, hazırda ölkəmizdə könüllülük hərəkatının gündəlik həyat normasına çevrilməsi və könüllülüyün inkişafına təkan vermək üçün atılan addımlar, Ulu Öndər Heydər Əliyevin dövlət gənclər siyasətinin müasir təzahürüdür.
5-19 dekabr tarixlərini əhatə edəcək Könüllülük Həftəsi çərçivəsində keçirilən layihə və tədbirlərin beş istiqamət üzrə davam etməsi nəzərdə tutulub. “Vətənpərvərlik”, “Təhsil və Elm”, “İdman və sağlamlıq”, “Mədəniyyət”, “Mənəvi tərbiyə” istiqamətləri daxilində həyata keçiriləcək tədbirlərin hər biri, Ümumilli Lider Heydər Əliyevin gənclərə ünvanladığı tövsiyyələrə əsaslanıb. Qeyd edilən istiqamətlərin içində yer alan “100 Könüllü Əməl”, “Ulu Öndər hər addımımda” foto-müsabiqə, “MədəniyyətimİZ”, “Heydər Əliyev mənim üçün…”, “Könüllünün Günü”, “Könüllü Ol” layihələri bütün “Könüllülük Həftəsi” ərzində həyata keçirilməsi nəzərdə tutulub.
“Könüllülük Həftəsi”nə start verildiyi gün Bakı şəhərində, Qlobus biznes mərkəzində baş tutan Konfransla paralel olaraq 15 şəhər və rayonda könüllülər tərəfindən şəhid və qazi ailələrinin ziyarəti baş tutub, eyni zamanda region ərazilərində Şəhidlər Xiyabanına yürüş edilib, təmizlik aksiyaları keçirilib.

5 dekabr tarixində baş tutan Mətbuat Konfransından dərhal sonra Azərbaycan Könüllüləri, rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsini təcəssüm etdirən Hərbi Qənimətlər Parkını ziyarət edərək, müharibə iştirakçısı olmuş könüllülərlə görüş keçiriblər.

2018-ci ildən etibarən ənənəvi olaraq Gənclər Fondu və tərəfdaş qurumların təşkilatçılığı ilə hər ilin dekabr ayında “Azərbaycan Könüllülük Həftəsi” layihəsi həyata keçirilməkdədir. Əvvəlki illərdə keçirilən tədbirlər gənclər və könüllülər tərəfindən böyük rəğbətlə qarşılanıb, könüllülülüyün gənclərin arasında təşviqi istiqamətində xüsusi rol oynayıb.
“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində baş tutacaq bütün fəaliyyətlərlə https://heftemiz.konullu.az internet səhifəsi və sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki