Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
Doğru.az xəbər verir ki, danışıq zamanı iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazirlər Azərbaycan və Pakistan arasında dostluq, həmrəylik və qardaşlıq münasibətlərindən bəhs edərək siyasi, iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyətin əhəmiyyəti də qeyd olunub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.
DOĞRU.AZ