image-2000x150px
image-123
image-ads_atlas
image-acf69811a7b110a6dce6637fb2531dd1backend

Azərbaycanda ilk dəfə həyata keçiriləcək

image-728x90px

Azərbaycanda ilk dəfə iribuynuzlu heyvanlarda embrion transferi həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən   verilən məlumata görə, embrion transferi tətbiqinin əsas məqsədi üstün keyfiyyətə malik inəklərdən alınacaq balaların sayını artırmaqdır. Bu məqsədlə Göygöl rayonunda yerləşən Respublika Süni mayalanma Mərkəzinə 35 baş “Simmental” cinsindən düyələr gətirilib. Oktyabr ayından başlayaraq düyələrə Almaniyanın “Bayenr genetik” şirkətində istehsal olunan embrionların köçürülməsinə başlanacaq.

Embrion transferinin tətbiqi xaricdən heyvan idxalına ən yaxşı alternativ hesab olunur. Xaricdən dondurulmuş embrionun gətirilməsi və transplantasiyası xaricdən damazlıq heyvan gətirilməsinə görə daha asan və daha ucuz başa gəlir. Embrion transferi üçün istifadə olunan texnologiya heyvanları ən intensiv üsulla yetişdirməyə imkan yaradır və ənənəvi reproduktiv üsulla müqayisədə genetik qiymətli heyvanların sayından on qat çox artırır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki