Başlıqdakı bu fikir heç də əsassız deyil.
Məhs Ulu öndər Heydər Əliyev ilk dəfə 1969-cu ildə ölkəmizə rəhbərlik etdikdən sonra doğma paytaxtımız Bakı şəhəri bir tikinti meydanını xatırlatdı.
Ümummilli Liderin ölkəmizə rəhbərlik etməyə başlamazdan əvvəl infrasturukturuna görə Bakı SSSR-də bir çox paytaxlardan hətta ittifaqın bir çox ikinci şəhərlərindən geridə qalırdır. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmdən şəhərimizdəki tikintilər nəinki ümumi ittifaq səviyyəsində hətta bəzəm Avropanın bir çox ölkələri ilə müqaisə olunurdu.
1992-ci ildə AXC-Müsavat blokunun hakimiyyətə gəlməsi ilə ölkədə bütün sahələrdə böhran yaşadı. Bu böhran özünü ən çox tikinti və şəhərsalma prosesinə büruzə verirdi.
Səriştəsiz rəhbərlər yeni layihələrə nəinki imza atmır, əksinə mövcud olanı bərbad etməklə məşğul idi. Ulu Öndər Heydər Əliyev xalqın təklifi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi ölkəmizdə şəhərsalmada və tikintidə də gözəçarpan yeniliklər və inkişaf baş verdi. Müstəqilliyin ilk illərində Qərbdən gələn qonaqların ikhar hissi ilə baxdığı paytaxtımız qısa zamanda dünyanın yenidən ən gözəl şəhərlərindən birinə çevirildi.
Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrdə olduğu kimi Ulu öndərin kursunu şəhərimizin inkişafı yolunda da davam etdirdi. Məhs cənab Prezidentin ölkəmizə rəhbərlik etdiyi dönəmdən ölkəmizdə dünya standarlarına cavab verən infrasturukturlar inşa edildi.
Bu gün Ağ şəhər layihəsidə bunun bariz nümunələrindən biridir.
Cənab Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dönəmin layihəsi olan “Ağ-şəhər” layihəsində Ulu öndərin kurusunun davam edilməsi izləri müşahidə olunur.
İlqam Cəbiyev
DOĞRU.AZ