ABŞ prezidenti Co Baydenin ABŞ-da gənc seçicilər arasında populyarlığı o, Qəzza zolağında atəşkəsin tərəfdarı olmadığı üçün aşağı düşür.
Bu barədə Washington Post (WP) yazır.
Nəşrin siyasi analitiklərinin fikrincə, gənc seçicilər Ağ Ev rəhbərinin Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyətə münasibətindən məyus olublar.
“Onlar üçüncü şəxsin namizədinə səs vermək və ya səs verməmək imkanlarını nəzərdən keçirirlər”, – deyə məqalədə aydınlıq gətirilib.
Qəzetin jurnalistləri amerikalı tələbələrlə söhbətdən sonra belə qənaətə gəliblər ki, Baydenin İsraildəki müharibə ilə bağlı mövqeyi onun gənc seçicilər arasında dəstəyini azaltmaqla hədələyir.
Mənbə: CNN Türk