image-n1karobka_ads
image-123
image-6921c20602e8bd1b903fd91dbackend

Boeing 737 ABŞ üzərində 11 km yüksəklikdə hava şarı ilə toqquşub

image-ad_qayo_720x110px

Oktyabr ayında ABŞ-ın Yuta ştatı üzərində United Airlines-a məxsus Boeing 737 sərnişin təyyarəsi nasaz hava balonuna toqquşub.

Doğru.az xəbər verir ki, New York Post Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hesabatına istinadən yazır ki, insident təyyarə 36.000 fut (təxminən 11 km) yüksəklikdə uçarkən baş verib.

Hesabata görə, təyyarənin ön şüşəsini sındıran və kabinəni zibillə dolduran obyekt atmosferin tədqiqi üçün WindBorne Systems şirkətinə məxsus hava balonu olub. Şirkət müvəqqəti olaraq nəzarəti itirdiyini etiraf edib.

Mütəxəssislər bildirirlər ki, meteoroloji hava balonları uçuş təhlükəsizliyi nəzərə alınaraq hazırlanır. Lakin bu insident nəticəsində kabinənin ön şüşəsi qırılıb və qəlpə ekipaj üzvlərindən birini yaralayıb. Təyyarə Solt Leyk Siti Beynəlxalq Hava Limanında məcburi eniş edib, sərnişinlərdən xəsarət alan olmayıb.

NTSB araşdırması davam edir. Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Florida ştatında akrobatik təyyarə qəzaya uğramışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki