Hollivud aktyoru Bred Pitt topdan sonra sevimli İnes de Ramonla fotokamera qarşısına keçib.
Cütlük Los-Ancelesdə 12-ci İllik LACMA Art+Film Gala-da iştirak etdikdən sonra bir mənbə People-a tədbiri birlikdə tərk etdiklərini söylədi. Paparassilər onların fotolarını küçədə çəkə bilib.
“Çox sevgi dolu idilər. Ətrafdakılarla gülüb zarafatlaşdı. Deyəsən, yaxşı vaxt keçirirdilər və birlikdə ayrıldılar”, – insayder nəşrə bildirib.
2022-ci ilin noyabrında ilk dəfə Bad Pitt və İnes de Ramon arasında romantika haqqında şayiələr yayıldı. Cütlük Bononun Los-Ancelesdəki konsertində, daha sonra isə aktyorun yeni “Babil” filminin premyerasında görüntülənib. Pittin yeni sevgilisi dietoloq, fitnes məşqçisi və zərgərlik dizayneridir. O, məşhurlar cəmiyyətinə “The Vampire Diaries” filminin aktyoru Pol Uesli ilə evliliyi sayəsində daxil olub.
Mənbə: Haberler.com