image-n1karobka_ads
image-123
image-68f5ad25ae5ac9325557f2e9backend

Buryatiyada zəhərlənənlərin sayı 89-a çatdı – yarıdan çoxu uşaqlardır

image-ad_qayo_720x110px

Buryatiyada baş verən kütləvi zəhərlənmə nəticəsində xəsarət alanların sayı 89 nəfərə yüksəlib, onlardan 55-i xəstəxanaya yerləşdirilib.

Doğru.az xəbər verir ki, bu barədə Buryatiya hökuməti sədrinin müavini və səhiyyə naziri Yevgeniya Ludupova məlumat verib.

“Bu gün saat 10:00-a olan məlumata görə, 89 yoluxma qeydə alınıb, onlardan 11-i salmonellyozdur. Ümumilikdə 49-u uşaqdır. Respublika Yoluxucu Xəstəliklər Xəstəxanasına 55 nəfər, o cümlədən 34 uşaq yerləşdirilib,” – deyə Ludupova Telegram-da bildirib.

Nazirin sözlərinə görə, bütün zərərçəkənlərin vəziyyəti sabitdir, reanimasiyada olan bir nəfərin isə vəziyyətində müsbət dəyişiklik müşahidə olunur.

Araşdırmalar göstərib ki, zəhərlənən şəxslər “Nikolayevski” mağazalar şəbəkəsindən alınmış şaurma və onigiri yeyiblər. Hadisə ilə bağlı Rospotrebnadzor araşdırmaya başlayıb, İstintaq Komitəsi isə cinayət işi açıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki