image-n1karobka_ads
image-123
image-upload-shutterstock_1059722948-pic_32ratio_900x600-900x600-78482backend

Cənubi Koreya, Çin və Yaponiya xarici işlər nazirləri arasında Busanda keçiriləcək danışıqların vaxtı açıqlanıb

Koreya Respublikası, Çin və Yaponiyanın xarici işlər nazirləri Park Çin, Van Yi və Yoko Kamikava noyabrın 26-da Busanda danışıqlar aparmağı planlaşdırıblar.

Bu barədə TASS Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“Bu danışıqlarda xarici işlər nazirlərinin geniş spektrli məsələlər üzrə fikir mübadiləsi aparacağı gözlənilir”, – deyə məlumatda bildirilir.

İclasın gündəliyində duran məsələlər arasında: üçtərəfli əməkdaşlığın inkişafı və üçtərəfli sammitə hazırlıq. Bundan əlavə, Pak Çin həmkarları ilə ikitərəfli formatda görüşməyə hazırlaşır. Ola bilsin ki, KXDR-in kəşfiyyat peykinin orbitə çıxarılması və respublika ilə Rusiya arasında əməkdaşlığın genişləndirilməsi də müzakirə mövzusuna çevrilə bilər.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki