image-n1karobka_ads
image-123
image-awpowa2rhlvmf6nhn9azkow7u6nxuc0wvtiwnhcw_1200backend

Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub

image-ad_qayo_720x110px

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı həyata keçirilib.

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Danışıqlar zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də Azərbaycan-Ermənistan arasında normallaşma prosesi müzakirə olunub. Təhlükəsizlik məsələləri də gündəmdə yer alıb.

Ceyhun Bayramov həmkarını sülh prosesi, onun cari vəziyyəti, perspektivləri və mövcud çətinliklər barədə ətraflı məlumatlandırıb. Həmçinin, qarşılıqlı maraq doğuran digər mövzularda fikir mübadiləsi aparılıb.

“Haber Global” xəbər verir ki, tərəflər Ermənistanla Azərbaycan arasında davam edən sülh və normallaşma prosesinə dair fikirlərini bölüşüblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki