Çinin xarici işlər nazirinin müavini Sun Weidong Çinin Avropa İttifaqı ilə Çin-Aİ sammitinə hazırlıq üçün koordinasiyanı gücləndirməyə hazır olduğunu açıqlayıb.
Çin və Aİ arasında xarici siyasət məsləhətləşmələrinin 16-cı raundu çərçivəsində Pekində Sun Veydonq və Aİ Xarici Xidmətinin baş katibinin müavini Enrike Mora arasında görüş keçirilib.
Sun Weidong deyib: “Çin ilin sonuna qədər Çin və Aİ liderləri arasında görüşə hazırlaşmaq üçün Avropa tərəfi ilə əlaqələri və koordinasiyanı gücləndirməyə hazırdır”.
Çin nümayəndəsi həmçinin qeyd edib ki, Çin və Avropa İttifaqı arasında münasibətlər həm yeni imkanlar, həm də yeni çağırışlarla üz-üzədir. Nazir müavini qarşılıqlı faydanın qorunub saxlanılmasının və bir-birinin əsas maraqlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.
Mənbə: RİA Novosti