image-n1karobka_ads
image-123
image-ap_20078244180912-pic905-895x505-42400backend

Çin Krıma sualtı tunelin tikintisi ilə bağlı xəbərlərə cavab verib

image-ad_qayo_720x110px

Çin Kerç boğazı altında sualtı tunel tikintisi ilə bağlı xəbərləri əsassız adlandırıb.

TASS xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Vanq Venbin məlumat verib.

Diplomat planlaşdırıldığı iddia edilən Rusiya-Çin layihəsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib.

“Bu nəşrin heç bir əsası yoxdur, mən bu barədə şərh verə bilmərəm” dedi.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The Washington Post” qəzetində Krım körpüsünün altında tunel tikintisi ilə bağlı xəbəri cəfəngiyyat adlandırıb.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki