Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Bloomberg-ə müsahibəsində Pekinin Litvanın Çinə ixracını hədəf alan ticarət məhdudiyyətlərini aradan qaldırdığını söylədikdən sonra Çin Xarici İşlər Nazirliyi Litvanın səhvini düzəltməsini istəyib.
Bu barədə brifinq zamanı Çin Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə istinadən Reuters agentliyi məlumat yayıb.
“Biz bir daha Litvanı səhvlərini düzəltməyə və Vahid Çin siyasətinin düzgün yoluna qayıtmağa çağırırıq” dedi.
Pekin həmişə Ümumdünya Ticarət Təşkilatının qaydalarına uyğun hərəkət edib və məsələləri müvafiq qaydalara uyğun həll edəcək, deyə o bildirib.
Mənbə: Haber Global