image-2000x150px
image-123
image-ads_atlas
image-9-pic_32ratio_1200x800-1200x800-27135backend

Çində ulduz gəmisi dizaynlı miniven nümayiş etdirilib

image-728x90px

Yeni Xpeng X9 mikroavtobusu Çinin Quançjou şəhərində keçirilən avtosalonunda təqdim edilib.

Bu barədə Carnewschina.com xəbər verir.

Avtomobil 388 min yuana təklif olunacaq.

Yeni məhsul yeddinci Xpeng modeli olacaq. Model SEPA 2.0 platformasında qurulub. Şirkət avtomobilin ulduz gəmisi üslubunda futuristik dizayna malik olduğunu bildirib.

Avtomobilin ümumi uzunluğu 5293 mm, təkər bazası 3160 mm-dir. Minivenin əsas versiyası ön oxda tək elektrik mühərriki ilə təchiz olunub, onun pik gücü 320 at gücünə bərabərdir. İki motorlu tam ötürücülü versiya 503 at gücünə malikdir. Hər iki versiyanın maksimal sürəti 200 km/saatla məhdudlaşdırılıb. Enerji ehtiyatı 700 km-dir.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki