image-n1karobka_ads
image-123
image-68f6cae2ae5ac94843583917backend

Co Bayden prostat xərçəngi üçün radiasiya terapiyasını başa vurub

image-ad_qayo_720x110px

ABŞ-ın keçmiş prezidenti Co Bayden Filadelfiyadakı xərçəng mərkəzində prostat xərçəngi üçün radiasiya terapiyasını tamamlayıb.

Doğru.az xəbər verir ki, bu barədə CBS News məlumat yayıb. Kanalın bildirdiyinə görə, bu, Baydenin müalicəsinin sonu demək deyil.

“Keçmiş prezident Co Bayden prostat xərçənginin aqressiv forması üçün şüa terapiyasını başa çatdırıb… lakin bu, onun müalicəsinin bitdiyi anlamına gəlmir”, – deyə xəbərdə qeyd olunur.

Xatırladaq ki, may ayında Baydenə prostat xərçənginin aqressiv forması diaqnozu qoyulmuşdu. NBC News-un məlumatına əsasən, o, sentyabr ayında dərisindən xərçəng hüceyrələrinin çıxarılması üçün əməliyyat olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki