image-n1karobka_ads
image-123
image-6933339c02e8bd3ef945faddbackend

Dolina pulu mənzilinin alıcısı Luryeyə qaytaracağını bildirib

image-ad_qayo_720x110px

Müğənni Larisa Dolina mənzilinin alıcısı Polina Luryeyə ödədiyi pulu tam şəkildə geri qaytarmaq qərarına gəlib.

Doğru.az xəbər verir ki, bu barədə sənətçi Birinci Kanalın “Qoy danışsınlar” verilişində açıqlama verib.

Dolina bildirib:

“Mən onun mənzilinin pulunu qaytarmaq qərarına gəldim… İndi deyirəm, bütün ölkəyə bəyan edirəm ki, Polina Luryeyə pulu tam qaytaracam.”

Məlumata görə, Polina Lurye mənzil üçün 112 milyon rubl ödəyib, lakin martın sonunda məhkəmə Dolinanın iddiasını təmin edərək mənzilin satışını etibarsız hesab edib. Bu səbəbdən alıcı mülkiyyət hüququnu itirib və hadisə geniş ictimai etiraza, həmçinin vicdanlı əmlak alıcılarının mövqeyinə dair müzakirələrə səbəb olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki