Amerikalı sahibkar Elon Mask Avropa Komissiyasının buraxılmasını və onun seçkili orqanla əvəzlənməsini istəyib.
Doğru.az xəbər verir ki, Maskın fikrincə, Avropa Birliyində mövcud idarəetmə sistemi “bürokratiya hökmranlığı”na əsaslanır.
“Avropa Komissiyası seçkili orqanın xeyrinə ləğv edilməli, Aİ prezidenti isə birbaşa seçilməlidir. Hazırkı sistem demokratik deyil, bürokratikdir”, – Mask sosial şəbəkədə istifadəçinin paylaşımına cavab olaraq yazıb.
O, bundan əvvəl də Avropanı “Dördüncü Reyx” adlandırmışdı.
Bu arada Macarıstanın xarici işlər naziri Peter Szijyarto RT-nin aparıcısı Rik Sançesə bildirib ki, hazırda Avropada “bir növ siyasi inqilab” baş verir.
DOĞRU.AZ




























