Nyu-Yorkda RM Sotheby’s-də keçirilən hərracda 1962-ci il istehsalı olan Ferrari 330 LM/250 GTO rekord məbləğə 51,7 milyon dollara satılıb.
Scaglietti kuzovlu avtomobil indiyə qədər hərracda satılan ən bahalı Ferrari və 2023-cü ildə dünyada satılan ən bahalı klassik avtomobil oldu. Avtomobil təxminən 40 il Ohayodan olan kolleksiyaçı Cim Jaegerə məxsus idi. Hərrac evi maşının alıcısını açıqlamayıb.
Rekord olmasına baxmayaraq, avtomobilin qiyməti gözləniləndən aşağı olub. Hərracdan əvvəl RM Sotheby’s avtomobilin təxminən 60 milyon dollara satılacağını proqnozlaşdırmışdı.
Mənbə: Autotech